SON XƏBƏRLƏR

Bu gün, LDU-nun dosenti, filologiya üzrə fəlsəfə elmləri doktoru, cənub zonasının sayılıb-seçilən ziyalılarından biri olan Əlirza Əliyevin doğum günüdür.

Əliyev Əlirza Babakişi oğlu 1946-cı ildə Masallı rayonunun Rudəkənar kəndində anadan olub. 1967-ci ildə Lənkəran Pedaqoji Texnikumunu, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə “Azərbaycan dilində jarqonlar” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyətinə orta məktəbdə müəllim olaraq başlayıb. Daha sonra Lənkəran rayon Təhsil şöbəsində metodist, 1987-2007-ci illərdə isə Lənkəran şəhər Təhsil şöbəsinin müdir müavini vəzifələrində çalışıb.

O, 1992-ci ildən LDU-da Müasir Azərbaycan dili fənnindən mühazirələr oxuyub. “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasının dosentidir. 4 monoqrafiya, 1 dərslik, 1 dərs vəsaiti və 70-dən artıq elmi, elmi-metodiki və publisist məqalənin müəllifidir.