Bu gün Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyinin direktor müavini, Azərbaycan Jurnalistlər birliyinin üzvü, rəssam İlqar İsmayılovun ad günüdür.
İlqar Sənan oğlu İsmayılov 1960-cı ildə Lənkəranda anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun Bədii qrafika fakültəsini bitirib. Diplom işini Lənkəran qadınlarına ithaf edib. Təhsilini başa vurduqdan sonra Lənkəran şəhər məktəblərinin birində rəsm və rəsmxət müəllimi işləməyə başlayır.
1996-cı ildə Göyçayda keçirilən arxitektura üzrə Respublika yarışmasında, 300 yarış iştirakçısı arasında 2 tələbəsindən biri 1-ci, digəri isə 2-ci yerə sahib oldu.
O, əsərlərini təkcə kağız üzərində deyil, eləcə də kətan və boşqablar üzərində çəkir. “Boşqablar üzərində şəkilləri sifariş əsasında çəkirəm. Əsas işim isə qrafikadır. Qrafikanın vurğunuyam. Əsərlərimdə ən çox batal, əsatir və tarixi janrlara üstünlük verirəm. Salvador Dalinin əsərlərinin vurğunuyam ona görə də sürrealizm daha çox üstünlük verirəm. Mən rəsm əsərlərimi çəkə-çəkə ilham alıram. Rəsmi çəkməyə başlayanda ideya özü beynimdə canlanır və çəkdikcə mövzular artır”, – deyə o, Sputnik-a açıqlama verib.