Bu gün astaralı şəhidimiz Tarif Qədim oğlu Cəfərzadənin ildönümüdür. Bu haqda məlumatı bu gün, 29 noyabr tarixində Cenublu.az verib.
İldönümü ilə bağlı şəhidimizin döyüş yoldaşları, Astara Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP Astara rayon təşkilatının rəhbərliyi, rayon ictimaiyyəti onun məzarını ziyarət edib, ruhuna dualar oxuyub və döyüş yolundakı şücaətlərindən danışıblar. Daha sonra şəhidlərimiz əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tarif Qədim oğlu Cəfərzadə 1 yanvar 2002-ci ildə Astara rayonu Pəlkəş kəndində anadan olub. Vətən müharibəsində Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub. 29 noyabr tarixində doğma kəndində torpağa tapşırılıb.
Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.