Bu gün astaralı igidimiz, Vətən müharibəsi şəhidi Şahnur Hüseynovun doğum günüdür. Bu haqda məlumatı Cenublu.az verir.
Şahnur Hüseynov 30 noyabr 1991-ci ildə Polşanın Belqoqrad şəhərində anadan olub. 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirib. 2009-2013-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Ailəli idi. Əlinur adlı oğlu yadigar qaldı. Şahnur Hüseynov Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə bölük komandiri, sonra taborun qərargah rəisi, daha sonra isə tabor komandiri vəzifələrində çalışıb.
Azərbaycan ordusunun kapitanı olan Şahnur Hüseynov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, medalları ilə və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.