SON XƏBƏRLƏR

Bu gün astaralı akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun anım günüdür.

Ziya Musa oğlu Bünyadov 21 dekabr 1923-cü ildə Astara şəhərində anadan olub. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində uşaqlıqdan ərəb dilini öyrənib və Quranı oxumağa başlayıb. Anası – Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi.

Bünyadov İkinci Dünya müharibəsində iki dəfə yaralanıb. O, düşmənin 160 əsgər və zabitini öldürüb, 45 əsgəri əsir götürüb və çoxlu sayda hərbi sursat ələ keçirib. Bu səbəbdən, 22 yaşlı Ziya Bünyadov 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

O, ordudan tərxis olunduqdan sonra Moskva Şərqşünaslıq İnstitutunun aspiranturasına qəbul edilib. 1954-cü ilin may ayında “İtaliya İmperializmi Afrikada” namizədlik dissertasiyasını, 1964-cü ildə “Azərbaycan VII–IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilib.

1991-ci ildə Ziya Bünyadov Vasim Məmmədəliyev ilə birgə “Quran”-ı Azərbaycan dilinə tərcümə edib.

21 fevral 1997-ci ildə akademik Ziya Bünyadov öz evinin önündə qətlə yetirilib. O, I Fəxri xiyabanda dəfn olunub.

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,