44 gün davam edən müharibə nəticəsində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin məlumatına əsasən, Lənkəran rayonunun 64, Astara rayonunun isə 41 hərbi qulluqçusu Şəhid olub.
Vətən müharibəsində Quliyev Samir Məhərrəm oğlu (Lənkəran rayonu), Şirvanov Mehman Mirəziz oğlu (Lənkəran rayonu), Əkbərzadə Qalib Əbdüləhəd oğlu (Lənkəran rayonu), Ağayev Zülfü Ağali oğlu (Astara rayonu), Babazadə Məhəmməd Cavanşir oğlu (Astara rayonu), Hüseynov Şahnur Şahin oğlu (Astara rayonu), Kazımov İlkin Xanməmməd oğlu (Astara rayonu) və Qeybiyev Arif İsmayıl oğlu (Astara rayonu) 27 sentyabr 2020-ci ildə Şəhid olublar.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!