SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalının “Humanitar elmlər” seriyası dünyanın nüfuzlu beynəlxalq indeksləmə sistemi olan “İndex Copernicus Value” bazasına daxil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 sentyabr tarixində LDU-ya istinadən verir.

Elmi jurnal ildə iki dəfə çap olunur və məqalə qəbulu il üzrə mütəmadi şəkildə aparılır.

Qeyd edək ki, jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) dövri elmi nəşrləri siyahısına da daxildir.