SON XƏBƏRLƏR

Lənkəran rayonu, Boladi kənd 2 nömrəli məktəbin binası qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 aprel tarixində Azertac-a istinadən verir.

Şəraitsiz vəziyyətdə olan bina 1964-cü ildə tikilib. 1968-ci ildən isə 8 illik məktəb kimi fəaliyyətə başlayıb. Sonradan təhsil ocağına tam orta məktəb statusu verilib.

Məktəb binası 2 korpusdan və 21 otaqdan ibarətdir. Hazırda 220 şagird təhlükəli şəraitdə təhsil almaq məcburiyyətindədir. Çünki məktəb binasının hər an uçmaq təhlükəsi var.

Bina yer üstündə tikildiyi üçün istilər düşdükcə sinif otaqlarında ilanlar peyda olmağa başlayır.

Məsələ ilə bağlı Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev bildirib ki, yaxın zamanlarda Lənkəran rayon Boladi kənd 2 nömrəli tam orta məktəbi üçün yeni binanın tikilməsi nəzərdə tutulur.