SON XƏBƏRLƏR

Boladi kənd 1 saylı tam orta məktəbinin direktor səlahiyyətlərinin icrası məktəbin fizika fənninin müəlliminə həvalə edilib. Bu haqda bu gün, 27 dekabr tarixində Cenublu.az “Boladi”yə istinadən xəbər verir.

Bu gündən etibarən Lənkəran rayonu Boladi kənd 1 saylı tam orta məktəbinin direktor səlahiyyətlərini Seyran Əliyev icra edəcək.

S.Əliyev 1999-cu ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib, 1999-2001-ci illərdə Ağdamda yerləşən N saylı hərbi hissədə zabit kimi xidmət edib, leytenant rütbəsi ilə ehtiyata buraxılıb. 20 ildən artıq müddətdə Boladi kənd 1 saylı tam orta məktəbində fizika müəllimi kimi çalışır.

Təhsildə inkişaf və innovasiyalar üzrə IV (2019-cu il) və VI (2022-ci il) qrant müsabiqələrinin qalibi olub.

Qeyd edək ki, 1 saylı orta məktəbə 10 ildən çox rəhbərlik etmiş Elman Rzayev bir müddət əvvəl Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü