SON XƏBƏRLƏR

Lənkəranda 2 mərtəbəli yaşayış məntəqəsində yanğın hadisəsi qeydə alınıb. Bu haqda məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında paylaşılıb.

Boladi kəndində qeydə alınan hadisədə ümumi sahəsi 240 kv.m olan evin 2-ci mərtəbəsi yanıb. Mərtəbənin yanar konstruksiyası və dam örtüyü kül olub.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır.