SON XƏBƏRLƏR

Dünyanın bir neçə şəhərlərində yaşayan həmyerlilərimiz sanksiyalara qarşı yaradılmış petisiyanı dəstəkləyiblər. Bu barədə Cənublu.az bu gün, 7 noyabr tarixində İnsanoid.com-a istinadən xəbər verir.

Fransa senatının altı üzvü tərəfindən Azərbaycana qarşı irəli sürülmüş qətnamə layihəsinə cavab olaraq yaradılmış petisiyaya dəstək məqsədilə Bakı, Moskva, Astana, Bişkək, KölnKişenyov şəhərlərində yerləşən Fransa səfirlikləri və konsulluğu önundə aksiyalar keçirilib. İştirakçılar əllərində plakatlar və Gəncə şəhərinin raket atəşinə tutulması zamanı həlak olan uşaqların şəkillərini tutublar.

Qeyd edək ki, sözügedən petisiya oktyabrın 11-də Fransanın Mesopinions.com saytında yerləşdirilib. Azərbaycan xalqı adından yaradılan müraciətə dəstək günü-gündən artır. Cəmi dörd həftə ərzində petisiyanı artıq 85 mindən çox insan imzalayıb. Bizi bu yolda Türkiyə, İran, Qazaxıstan, Özbəkistan və İsraildən da dəstəkləyirlər.

Petisiyanın Azərbaycan dilində imzalanma qaydası

Petisiyanın rus dilində imzalanma qaydası

Petisiyanın türk dilində imzalanma qaydası

Petisiyanın fars dilində imzalanma qaydası

Petisiyanın ingilis dilində imzalanma qaydası

Petisiyanın qazax dilində imzalanma qaydası

Petisiyanın özbək dilində imzalanma qaydası

Hər kəsi petisiyanı imzalayaraq paylaşmağa dəvət edirik.  Birlikdə biz güclüyük!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq, #AzərbaycanıQoruyaq

Moldovada aksiya
Foto İnsanoid