SON XƏBƏRLƏR

Masallıda itkin düşmüş rayon sakininin öldürüldüyü bəlli olub. Bu haqda məlumat bu gün, 3 yanvar tarixində Report.az-da paylaşılıb.

5 yanvar tarixində Ərkivan sakini 44 yaşlı Qalib Cəbiyevin itkin düşməsi barədə qardaşı İlqar Cəbiyev tərəfindən polisə müraciət daxil olub. Prokurorluq tərəfindən aparılan axtarışlar nəticəsində törədilən gizli cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Qalib Cəbiyevin öldürüldüyü bəlli olub.

Müraciətdən 2 gün öncə Cəbiyev qardaşları arasında mübahisə yaranıb və 39 yaşlı Seyfulla Cəbiyev qardaşı Qalibi öldürərək, birgə yaşadıqları evin həyətyanı sahəsində basdırıb.

Hadisə yerinə baxış keçirilib, meyit basdırılmış yerdə aşkar edilərək məhkəmə-tibbi ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilib.

Seyfulla Cəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Qalib Cəbiyevin itkin düşməsi barəsində məlumat vermişdik.