Sağlamlıq və Ekologiya üzrə Beynəlxalq Elmlər Akademiyasının prezidenti Masallıda olub. Bu haqda məlumatı Cenublu.az Masallı Rayon İcra Hakimiyyətinə istinadən bu gün, 21 iyun tarixində xəbər verir.
Sağlamlıq və Ekologiya üzrə Beynəlxalq Elmlər Akademiyasının prezidenti Akademik Prof. Dr. Volter Koflerin (Walter Kofler) başçılıq etdiyi nümayəndə heyəti, Akademiyanın Azərbaycan bölməsinin 20 illik yubileyi münasibətilə 19 iyun 2022-ci il tarixində Masallı Bioloji Təbabət klinikasına səfər ediblər.
Səfər müddətində klinikada elmi-tədqiqat potensialının öyrənilməsi və diaqnostik-laborator imkanların elmi araşdırmalar üçün uyğunluğunun müəyyənlənləşdirilməsi baş tutub.
Qonaqlar Masallı Bioloji Təbabət klinikasına gələrək yaşıl palıdlar arasında çətirlənən beşmərtəbəli sağlamlıq ocağının bütün mərtəbələrini gəzib, burada əhaliyə göstərilən səhiyyə xidməti ilə tanış olublar.
Volter Kofler Bioloji Təbabət kilinikası üçün yaradılan şəraitlə bağlı rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.
