SON XƏBƏRLƏR

“AzərEnerji” ASC-nin 110/35/10 kV-luq Masallı yarımstansiyası əsaslı təmir olunur. Bu haqda bu gün, 20 yanvar tarixində Cenublu.az Masallı Xəbərlərinə istinadən xəbər verir.

Yarımstansiya Masallı rayonundan savayı, Yardımlı və Cəlilabad rayonlarını, lazım olduğu təqdirdə isə Biləsuvar və Lerik rayonlarını da elektrik enerjisi ilə təmin edir. Məlumatda bildirilir ki, stansiyaya 2 ədəd 110 kV-lıq çıxış yuvaları əlavə olunub.

Yarımstansiyanı qidalandıran 110 kV-lıq 4-cü və 5-ci hava xətləri istismar müddəti bitdiyi üçün yenilənir. Artıq 2 aydan sonra yenidənqurma işləri tam olaraq başa çatacaq.

Yenidənqurma işlərini podratçı təşkilat “Light City QSC” həyata keçirir.