Lənkəranda Bakı Dövlət Universitetinin tələbələri üçün çöl-tədris təcrübəsi təşkil olunacaq. Bu haqda bu gün, 23 may tarixində Cenublu.az Azərtac-a istinadən xəbər verir.
Universitetin Biologiya fakültəsinin “SABAH” qruplarının buraxılış kurs tələbələri tədris planına uyğun olaraq, mayın 26-dan Lənkəran rayonunda çöl-tədris təcrübəsinə başlayacaqlar.
BDU-nun Biologiya fakültəsinin dekan müavini Kəmalə Əsədova məlumat verib ki, çöl-tədris təcrübəsində 26 tələbənin iştirakı nəzərdə tutulur. Tələbələr rayon ərazisinin flora və fauna biomüxtəlifliyi ilə tanış olacaq, Hirkan Milli Parkına ekskursiya edəcəklər.
Daha sonra tələbələr çöl-tədris təcrübələrini Qızılağac Dövlət Təbiət Qoruğunda aparacaqlar.