SON XƏBƏRLƏR

Masallıdan olan dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin baş müəllimi Əlimusa İbrahimov beynəlxalq konfransda iştirak edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 aprel tarixində verir.

Belə ki, Əlimusa müəllim Rusiya Xalqlar Dostluğu Universitetinin təşkilatçılığı ilə keçirilən “Mərkəzi Asiyada təhlükəsizlik və inkişaf” adlı beynəlxalq konfransda çıxış edib.

Qeyd edək ki, Əlimusa İbrahimov 1966-cı ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 1974-1984-cü illərdə Çaxırlı kənd orta məktəbində təhsil alıb. 1993-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

O, 2011-ci ildən BDU-nun Beynəlxalq münasibətlər kafedrasında baş müəllim kimi fəaliyyət göstərir. Ərəb, ingilis, fars, rus, türk dillərini bilir.