Bakı Dövlət Universitetinin əməkdaşları Masallıya səfər ediblər. Bu haqda bu gün, 19 may tarixində Cenublu.az BDU-ya istinadən xəbər verir.
Bakı Dövlət Universiteti (BDU) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib. Layihə çərçivəsində Masallı şəhər R. Əlihəsənov adına 1 saylı, N. Həsənov adına Göyəçöl və Bədəlan kənd orta məktəblərinə ümumilikdə 246 adda 348 nüsxə kitab hədiyyə edilib.
Hədiyyə olunan kitablar arasında BDU-nun öz nəşrləri, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, universitet alimlərinin fəaliyyətini əks etdirən nəşrlər, bədii, tarixi, elmi əsərlər yer alıb.