SON XƏBƏRLƏR

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakultəsinin əməkdaşları, fakültə məzunu olan Osaküçə sakini şəhidin ailəsini ziyarət ediblər.

“Vətən müharibəsi” zamanı şəhadətə ucalmış Şəhriyar Həbibinin ailəsini ziyarət edən fizika fakültəsinin professor-müəllim heyəti və tələbələri şəhidi hörmətlə anıblar.

Ziyarət zamanı fakültənin əməkdaşları çıxış ediblər. Onlar şəhidlərin xatirəsinin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı vurğulayıblar.

Sonda şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Şəhid Şəhriyar Həbibi 2010-2014-cü illərdə BDU-nin Fizika fakültəsində təhsil alıb. 2016-cı illərdə “Aprel döyüşləri”ndə iştirak edən Şəhriyar, 2020-ci il sentyabrın 27-dən başlayan “Vətən müharibəsi”ndə Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib. İgidimiz noyabrın 6-da Qubadlı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

O, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.