SON XƏBƏRLƏR

Masallıda II Qarabağ müharibəsi zamanı şəhadətə ucalmış igidimizin ailəsi ziyarət olunub. Bu haqda bu gün, 15 mart tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov şəhid Sultanzadə Niyaməddin Hüsaməddin oğlunun ailəsinin evində olublar. Onlar ailənin qayğıları ilə maraqlanıblar. Görüş zamanı qonaqlar şəhidimizin həyatı haqda söhbətlər ediblər.