SON XƏBƏRLƏR

Masallıda “Kütləvi dini mərasimlər, ictimai təhlükəsizliyin təmin olunması” mövzusunda konfrans keçirilib. Bu haqda bu gün, 10 dekabr tarixində Cenublu.az Masallı Xəbərləri-nə istinadən xəbər verir.

Tədbir Baş Prokurorluq, Daxili İşlər Nazirliyi,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda təşkilatçı qurumların rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, dini icma üzvləri və din xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Masallı RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova mövzunun aktuallığından bəhs edib.

Tədbirdə çxış edən DQİDK sədrinin müavini Sahib Nağıyev insanların əsrlər boyu inanc və mədəniyyətlərinin təzahürü olan dini mərasimlərdən, onların etnik, dini köklərindən, tarixən formalaşma və şəkildəyişmə mərhələlərindən bəhs edib.

Baş Prokurorluğun idarə rəisinin müavini, ədliyyə müşaviri Asim Yusifov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev dini mərasimlərin icrası zamanı baş verən neqativ təzahürlər və mənfi halların inzibati yollarla deyil, daha çox müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə aradan qaldırılmasının məqsədəuyğun olmasından bəhs ediblər.

 

Baş Prokurorluq Masallıda tədbir təşkil edib
Masallı Xəbərləri