Lənkəranda Baş Prokurorluğun təşkilatçılığı ilə media ilə dialoq üçün konfrans təşkil ediləcək. Bu haqda məlumat bu gün, 22 aprel tarixində APA.az-da paylaşılıb.
28 aprel tarixində baş tutacaq konfrans “Müasir dövrün çağırışlarında media ilə dialoq” adı altında keçiriləcək. Görüşün keçirilməsində əsas məqsəd tabe rayon prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının, digər dövlət və media qurumlarının əməkdaşlığını yaxşılaşdırmaqdır.