SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçiləri ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 yanvar tarixində quruma istinadən verir.

Tədbiri giriş sözü ilə açan Baş prokuror dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparıldığını, hüquqların məhkəmə müdafiəsinin daha da gücləndirildiyini, cəza siyasətinin humanistləşdirildiyini, yeni Kommersiya və digər regional məhkəmələrin təsis edildiyini, vahid məhkəmə təcrübəsinin formalaşdırıldığını və hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlərin yaradıldığını və digər əhəmiyyətli tədbirlərin görüldüyünü nəzərə çatdırıb.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2023-cü il tarixli Sərəncamı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Neymət Məmmədova və digərlərinə Azərbaycan Respublikası Prokurorluğunun fəxri fərmanları təqdim olunub.

Sonda xatirə fotoşəkli çəkilib.