SON XƏBƏRLƏR

Lənkəranda bərbərxanada partlayış olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində Report.az-a istinadən verir.

Hadisə şəhərin “Ləvəngi” dairəsi adlanan ərazisində qeydə alınıb.

28 yaşlı Məhərrəm İsazadə fəaliyyət göstərdiyi bərbərxanaya gələrək qapını açıb içəri daxil olduqdan sonra elektrik lampalarını yandıran zaman partlayış baş verib. Nəticədə M.İsazadə hər iki əlində və üzündə yanıq xəsarətləri alıb. İlkin araşdırma zamanı partlayışın başvermə səbəbinin bərbərxananın yaxınlığından keçən qaz borularında qaz sızmasının olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.