Astara rayon sakini Bakıda keçirilən bal yarmarkasında döyülüb. Bu haqda məlumat Daxili İşlər Nazirliyindən Cenublu.az-a bu gün, 18 oktyabr tarixində verilib.
T.Baxşiyevi döyməkdə şübhəli bilinən Daşkəsən rayon sakinləri Rafiq Məmmədov və Tural Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin nümayəndəsi Qalib Bəhrəmovun bildirdiyinə görə, davaya səbəb yarmarkada iştirak hüququ olmayan səyyar satıcıların burada satışa çıxarılan məhsulların keyfiyyətsiz olduğunu demələri olub.