Bakı – Astara yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yanacaqdaşıyan maşında partlayış baş verib. Bu haqda məlumatı Cenublu.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 3 yanvar tarixində verir.
Hadisə bu gün saat 08:20 radələrində qeydə alınıb.
Qəza yolun 55 kilometrində qeydə alınıb. 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində avtomobillərdə yanğın başlayıb. Nəqliyyat vasitələrindən biri yanacaqdaşıyan avtomobil olub. Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilib.
Məlumata görə, 1 nəfər dünyasını dəyişib. Hadisə barədə ətraflı məlumat veriləcək.