Cəlilabadda bacısını öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Bu haqda bu gün, 23 may tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Məhkəmənin qərarına əsasən, istintaq orqanının təqdimatı təmin edilib və M.Şahbazov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə mayın 16-da Cəlilabad rayon ərazisində qeydə alınıb.
Belə ki, həmin gün rayon sakini, 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü M.Şahbazovun qeyd olunan tarixdə bacısı R.Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, M.Şahbazov şübhəli şəxs qismində tutulub.