Masallıda xeyriyyəçilər bayram sovqatı paylayıblar. Bu haqda bu gün, 16 mart tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Masallının müxtəlif ərazilərində xeyriyyəçilər tərəfindən imkansız, tənha yaşayan, əlilliyi olan və digər imtiyazlı ailələrə bayram sovqatı paylanılıb. Belə ki, rayonun Boradigah qəsəbəsində 250 ailəyə, Köhnə Alvadı ərazisində 110 ailəyə, Ərkivan qəsəbəsində 70 ailəyə, Yeyənkənd ərazisində 35 ailəyə, Tüklə ərazisində 17 ailəyə, Bədəlan ərazisində 15 ailəyə və digər ərazilərdə də imtiyazlı ailələrə ərzaq yardımı göstərilib.