SON XƏBƏRLƏR

Masallıda “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 sentyabr tarixində quruma istinadən verir.

Qəbul Masallı şəhəri, Heydər Əliyev Mərkəzində 28 sentyabr saat 10:00-da başlayacaq.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks-göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar qəbul üçün Masallı və Yardımlı Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə “Azərsu”ya müraciət edə bilərlər.