Masallıda sahibkarlar və sakinlər “Açıq mikrofon” aksiyasında iştirak ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 yanvar tarixində verir.
Aksiyada çıxış edən KOBİA-nın nümayəndələri hər zaman sahibkarları dinləməyə və məsləhətlər verməyə hazır olduqlarını qeyd ediblər. “Açıq mikrofon” aksiyasında ümumilikdə 10-a yaxın müraciət səslənib ki, bunlar arasında sakinlərin də istəkləri yer alıb.
“Açıq mikrofon” aksiyasında SOCAR “Azəriqaz” İB-nin Lənkəran RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.