SON XƏBƏRLƏR

İnsan alveri ilə məşğul olan Lənkəran sakininə hökm oxunub. Bu haqda bu gün, 8 dekabr tarixində Cenublu.az Lent.az-a istinadən xəbər verir.

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Elnarə Məmmədovanın Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin Nazilli şəhərinə apararaq, cinsi istismara məruz qoyması faktı aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

E.Məmmədova Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Lakin himayəsində azyaşlı ovladı olduğuna görə onun barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə cəzanın çəkilməsi uşaq yetkinlik yaşına çatanədək təxirə salınıb.