SON XƏBƏRLƏR

Azərbaycanda qeydə alınan nikahların 56 faizi qohumlar arasındadır. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 dekabr tarixində Bizim.media-ya istinadən verir.

Qohumlar arasında qeydə alınan nikahlar daha çox Masallı, Bakı və Şəkidə yayılıb. BMT-nin Əhali Fondu Reproduktiv Sağlamlıq üzrə Milli Ofisinin məlumatına görə, həmin bölgələrdə irsi xəstəliklərin yayılma tempi 15 faiz təşkil edir. Bunlar arasında ən çox yayılanı talassemiyadır.

Qohumla evlilik təkcə genetik və irsi xəstəliklərə yol açmır, həm də yeni nəslin cırlaşmasına səbəb olur. Məsələn, dünyanın ən uzunboylu insanlarının yaşadığı Niderlandda cəmi 0.36 faiz, İsveçdə isə 0.90 faiz sakin qohumla nikaha girir.