SON XƏBƏRLƏR

Azərbaycanda ilk dəfə olaraq berqamot Masallıda yetişdirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində Qafqazinfo.az-a istinadən verir.

Berqamotun əkini dünyanın 40-dan artıq ölkəsinə ixrac olunan “Azerçay” tərəfindən həyata keçirilib. Əkin prosesindən əvvəl mütəxəssislər tərəfindən sahədə berqamotun bu torpağa uyğunluğu ilə bağlı ətraflı araşdırmalar aparılıb və analizlər götürülüb. Müsbət rəy verildikdən sonra ərazidə əkinə start verilib.

Qeyd edək ki, ilk dəfə əkilən berqamot bitkisi artıq öz meyvələrini verib və məhsuldarlıq kifayət qədər yüksəkdir.