SON XƏBƏRLƏR

Lənkəranın “Azərxalça” filialına media-tur təşkil olunub. Bu haqda məlumatı ARB Cenub kanalı verir.

Media-turun əsas məqsədi ilk dəfə pastel tonlarda modern üslubda toxunulan xalçanın nümayişi idi. Emalatxanada media-tur nümayəndələrinin iştirakı ilə müasir üslubda toxunulmuş 1,56X1 ölçüdə “Qarabağ” xalçası kəsildi. Modern xalçaların sadəcə dizayn üslubu dəyişilir, toxunulma qaydası və naxışlar eyni qalır.

Qeyd edək ki, 5 oktyabr 2015-ci ildə fəaliyyətə başlayan “Azərxalça” açıq səhmdar cəmiyyətinin Lənkəran filialında hazırda 86 toxucu çalışır. Bu ən çox toxucusu olan və ən geniş “Azərxalça” müəssisəsidi. Burada bu günə qədər 463 xalça toxunulub və ən böyüyün ölçüsü 24 kv.m-dir. Cənub zonasına aid çeşnilərdən savayı Qarabağ məktəbinə aid çeşnilərdə toxunulur.