SON XƏBƏRLƏR

“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov Lənkəran şəhərində vətəndaşlarla görüş keçirib. Bu haqda məlumatı bu gün, 2 dekabr tarixində “Azəriqaz” İB-in rəsmi Facebook səhifəsi paylaşıb.

Görüş zamanı Masallı rayonu, Rüdəkəran kənd sakini Əhliman Hidayətov sözü gedən kənddə uzun illərdir ki, “mavi” yanacağın olmadığını bildirərək kəndin qazlaşdırılmasını xahiş edib. Lənkəran Şəhər Mədəniyyət Evinin direktoru Hafiz Mirzə təbii qazın təzyiqi ilə bağlı problemin olduğunu qeyd edib. Birliyin əməkdaşları qaz tənzimləyici şkafa baxış keçiriblər və mövcud məsələ yerindəcə araşdırılaraq məlumat verilib.

Digər müraciət Lənkəran rayon sakini Rahab Nəzəroğlu tərəfindən ünvanlanıb. O, yaşadığı binada təbii qazdan istifadə edə bilmədiyini bildirib. Vətəndaşa müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı məlumat verilib.

Görüşdə Birlik rəhbərliyi ilə yanaşı, Lənkəran Rayon İcra Hakimiyyətinin, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər