SON XƏBƏRLƏR

Astaraçayın üzərindən Azərbaycan və İranı birləşdirəcək körpünün təməlqoyma mərasimi keçiriləcək. Bu haqda məlumat bu gün, 25 yanvar tarixində APA.az-da paylaşılıb.

Təməlqoyma mərasimində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin, İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin iştirak etmələri planlaşdırılır.

Azərbaycan və İranın arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcminin artmasından yeni körpünün tikilməsi zərurəti yaranıb. Astaraçay üzərindəki avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığından yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisinə başlanılacaq.