SON XƏBƏRLƏR

Bu gün, 23 mart (keçmiş təqvimlə 10 mart) – Milli teatr günüdür. Məhz bu gün, 1873-cü ildə Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyulur və bununla da Milli teatr sənətimizin tarixi başlayıb.

“Sərgüzəşti-vəziri-xani Lənkəran” və ya “Lənkəran xanının vəzirinin sərgüzəştləri” hekayəsinin sujeti 1800–1801 illərə təsadüf edir. Hekayədə Talış xanlığının vəziri Mirzə Həbib müstəbid kimi göstərilir, ancaq o, xanın qabağında qul kimi alçalır. Həmdə o, öz arvadları tərəfindən yalana və həqarətlərə məruz qalır. Komediyada saray və ailə intriqaları fonunda vəzirin baldızı Nisə xanım və xanın qardaşı oğlu Teymur ağanın arasında fədakar məhəbbət göstərilib.