SON XƏBƏRLƏR

Lənkəranda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi monitorinqlərə başlayır. Bu haqda bu gün, 13 oktyabr tarixində agentliyin rəsmi Facebook səhifəsində paylaşılıb.

Rayon ərazisində quş qripi və xırdabuynuzlu heyvanların taunu xəstəliyi ilə bağlı yoxlamalar aparılacaq. Qızılağac milli parkında su-bataqlıq ərazisi ilə yanaşı çöl quşlarının bu ərazidə ovlanmasının qarşısını almaq üçün monitorinqlər keçiriləcək.

Həmçinin Lənkəranda fəaliyət göstərən sənaye əsaslı quşçuluq müəssisələrində və ailə-kəndli təsərrüfatlarındakı ev quşlarının laborator müayinəsi aparılması üçün diaqnostik nümunələr götürülücək.