Bayraq hər bir xalqın müstəqilliyinin simvoludur. Bayrağını sevən şəxs heç bir zaman ölkəsinə, xalqına xəyanət etməz.
1918-ci ildə ucaldılan Azərbaycan bayrağı hər bir vətəndaşın qəlbində əbədi yer tutub, xalqımızın çətin günlərində ona sığınacaq olub.
1991-ci ildə müstəqilliyimiz bərpa olunanda, 70 illik həsrətdən sonra biz bir daha əmin olduq ki, “Bir kərə yüksələn bayraq, bir daha enməz!” sözləri nə qədər də doğrudur!
Biz bayrağımızı bir daha yüksəltməyə nail olduq! Şəhidlərimizin, igid qəhrəmanlarımızın, müzəffər ordumuzun və Ali baş komandanmızın sahəsində bugün Azərbaycan bayrağı artıq Qarabağda, Şuşada dalğalanır!
Bayraq bizim qürur mənbəyimiz, milli dəyərimizdir! Hər zaman uca ol, Azərbaycan bayrağı!