SON XƏBƏRLƏR

Astaralı gənc yeniyetmələr arasında keçirilən çimərlik güləşi üzrə Dünya çempionatında fəxri kürsüyə yüksəldi. Bu haqda bu gün, 24 sentyabr tarixində Azərbaycan Güləş federasiyasının saytında paylaşılıb.

Turnirdə 60 kq çəki dərəcəsində iştirak edən Musa finala gedən yolda macar, türk və 2 rumınniyalı rəqibləri ilə qarşılaşıb. Rumıniya idmançısına şans tanımayan Musa final mərhələsinə yüksəlib. Musa həlledici görüşdə qardaş ölkənin güləşçisi ilə qarşılaşıb. Musa Ağayev rəqibi olan Abdullah Toprak ilə görüşdən sonra gümüş medal qazanıb.

Qeyd edək ki, Musa Ağayev 12 sentyabr 2021-ci il tarixində yeniyetmələr arasında     çimərlik güləşi üzrə Avropa çempionu adını qazanmışdır.