SON XƏBƏRLƏR

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Lənkəran şəhərində işgüzar səfərdə olub. Bu haqda məlumatı Lənkəran şəhər İcra Hakimiyyəti verib.

Səfər zamanı səfir ilk öncə ŞİH başçısı Taleh Qaraşovla görüşüb. Söhbət zamanı İcra başçısı Aİ ilə Azərbaycanın sıx əməkdaşlıq etdiyini qeyd edərək bu əlaqələrin hər iki tərəf üçün faydalı olduğunu bildirib. İcra başçısı Aİ daxil olan dövlətlərin səfirlərinin “Avropa günü”nü Lənkərənda keçirmələrinin buna parlaq misal olduğunu vurğulayıb. İcra başçısı Lənkəran şəhərinin tarixi, coğrafi mövqeyi, ümumilikdə rayonun sosial-iqtisadi və mədəni həyatı ilə bağlı qonağa məlumat verib və rayonda sahibkarlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edib.

Lənkərana səfərindən məmnunluğunu ifadə edən səfir isə öz növbəsində Avropa İttifaqı ilə Azərbaycan arasında çox güclü əməkdaşlığın olduğunu qeyd edib. O, Aİ ölkələri üçün xüsusi önəm daşıyan “Avropa Günü” bayramının ilk dəfə Bakıdan kənarda – Lənkəranda təşkil edildiyini və  Aİ-nın Lənkəranda rəsmən açılışını edəcəyi “EU4Lankaran” layihəsinin 2024-cü ilin sonuna kimi davam edəcəyini qeyd edib.

Görüşün sonunda qonağa Lənkəranda istehsal olunmuş ən yüksək keyfiyyətli “Qarabağ” çay kolleksiyası hədiyyə olunub.