SON XƏBƏRLƏR

Lənkəran şəhəri Avropa İttifaqı (Aİ) tərəfindən həyata keçirilən “EU4Culture” layihəsinin qalibi olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 sentyabr tarixində Apa.az-a istinadən verir.

Belə ki, “Lənkəran Springs Hotel”də keçirilən tədbirdə qalib şəhərin elan olunması ilə bağlı tədbir keçirilib. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və “EU4Culture” layihəsinin heyəti iştirak ediblər.

Layihənin uduşu – 300 min avro Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazova təqdim olunub. Vəsaitin Lənkəranda mədəniyyətin inkişafına sərf olunacağı nəzərdə tutulub.

Apa.az
Apa.az
Apa.az
Apa.az
Apa.az Apa.az Apa.az Apa.az