SON XƏBƏRLƏR

Astara Gömrük postuna Dubaydan “iPhone” və qızıl keçirmək istəyən şəxs saxlanılıb. Bu haqda məlumat bu gün, 15 yanvar tarixində Trend.az-da paylaşılıb.

İran Astara postunda saxlanılan Azərbaycan vətəndaşı qanunsuz yolla 2,68 kq qızıl və 7 ədəd “iPhone 13” mobil telefonu sərhəddən keçirmək istəyib. Dubay şəhərindən Azərbaycana yola düşən şəxs Azərbaycan Astara Gömrük postuna əşyaları keçirmək istədiyi zaman İranda saxlanılıb.

“Qeyd olunan əşyaları həmin şəxs çay, yağ və yuyucu tozu qutularına yerləşdirib və İran sərhədindən keçirmək üçün yük maşınına təhvil vermək istəyib”, – İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.