SON XƏBƏRLƏR

“Sərhəd” hərbi-idman oyununun Astara rayon turunun qalibi müəyyən olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 mart tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Yarışda 7 komandanın tərkibində ümumilikdə 35 məktəbli, eləcə də 5 nümayəndə və 5 nəfər hakimlər heyəti iştirak edib.

Nəticələrə əsasən:

  • I yerə Astara şəhər 3 saylı tam orta məktəbin komandası;
  • II yerə Astara şəhər 4 saylı tam orta məktəbin komandası;
  • III yerə Astara şəhər 2 saylı tam orta məktəbin komandası layiq görülüb.

Fəxri yerləri qazanan və mərhələlərdə fərqlənən komandalara diplomlar təqdim olunub.

Qeyd edək ki, qalib komanda aprel ayında Lənkəran şəhərində keçiriləcək respublika zona turunda Astara rayonunu təmsil edəcək.