Astara rayonunda yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 aprel tarixində verir.
Yanğın rayonun Qapıçıməhəllə kəndində qeydə alınıb. Ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.