SON XƏBƏRLƏR

Astaranın dağlıq və dağətəyi yaşayış məntəqələri sakinlərinin əsas məşğuliyyəti sitrusçuluqdur. Bağlarda limon, portağal, qreypfrut, kinkan və naringi yetişir.

Ümumilikdə 4300 hektar təşkil edən bu bağların 2417 hektarı naringinin payına düşür. Hazırda bağlarda bu meyvənin yığımı gedir.

Astarada sitrus meyvəçiliyi ilə ən çox Kijəbə vahidliyinə daxil olan kəndlər məşğul olurlar. Bu kəndlər ümumilikdə 800 hektardan çox ərazini əhatə edir. Bu ərazinin də 500 hektardan çoxunda təkcə naringi ağaclarıdır. Fermerlər bildirirlər ki, naringinin satışı digər meyvələrə nisbətən daha sərfəlidir, həm məhsuldarlıq çoxdur, həm də satışı rahatdır.

“Burada təqribən 200-ə yaxın ağacımız var. Intensiv suvarma xətləri çəkmişik. Indi də yığım vaxtıdır.  Əvvəllər bir az satmışıq, indi yığırıq anbara.  Qiymət bir az aşağıdır, bizi qane eləmir”,-deyə fermer qeyd edib.

Tamella Ağayeva, təsərrüfat sahibi: “Allah buna bərakət versin, Şükür Allaha, məhsulumuz boldur bu il. Məhsulumuzu yaxşı qiymətə satsaq, onda günlərimiz də yaxşı olacaq.  Tondan çox meyvə dərmişik. Bundan sonra da yenə varımızdır, Allaha şükürlər. Yenə dediyim kimi, havalar imkan versə, dərərik.”

Təsərrüfatçılar məhsullarını xarici bazarlara çıxara biləcəkləri təqdirdə daha yüksək gəlir götürə biləcəklərini deyirlər.

Astarada  ümumilikdə 2417 hektar naringi bağlarının 1473,5 hektarı məhsuldardır. Bu günədək 10 min ton naringi yığılıb. Noyabrın sonunadək yığım aparılacaq bağlardan 42 min ton məhsul tədarükü proqnozlaşdırılır.

 

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon