SON XƏBƏRLƏR

Astara rayon məktəbinin müəllimi Nemət Tarverdiyev “Nərdivançı” layihəsi çərçivəsində keçirilən “Fəal müəllim” rubrikasının qonağı olub. Bu barədə məlumatı Cənublu.az adıçəkilən layihəyə istinadən verir.

Nemət Tarverdiyev Astara rayonunda Deqədi kənd ümumi orta məktəbində informatika müəllimi kimi fəaliyyətə başlayıb. Nemət müəllim özü də bu məktəbin məzunu olub. Hazırda cənub bölgəsi üzrə STEAM təlimçisidir.

Dərslərini yeni təlim modelləri ilə quran Nemət Tarverdiyev şagirdləri müxtəlif yarışlara hazırlayıb. Nəticədə şagirdlər bir sıra uğurlar qazanıblar. Bu uğurlar arasında “Azerbaijan British College”-də təşkil olunan STEAM sərgisində iki komandanın 2 qızıl, 2 gümüş medal əldə etməsidir. Bu medallar Astara rayonunda STEAM sahəsində qazanılan ilk medallar olub.

2021-ci ildə Nemət Tarverdiyev Astara şəhərinin M.Ə.Sabir adına 1 saylı tam orta məktəbində STEAM dərslərinin tədrisinə başlayıb. Nəticədə Bakı səhərində təşkil olunan STEAM yarışında 2 şagirddən ibarət komanda 1-ci yerə layiq görülüb.

Daha sonra SAF-2021 festivalında iştirak edən Nemət müəllimin “Drop” komandası “STEAM Open” kateqoriyası üzrə 3-cü yerə layiq görülüb.

5-9 dekabr 2022-ci il tarixlərində Beynəlxalq səviyyədə təşkil olunan, STEAM Azərbaycan Festivalında “EduDrone” kateqoriyası üzrə Nemət müəllimin rəhbərliyi ilə iştirak edən “Sparrow” komandası birinci yerə layiq görülərək qızıl medala sahib olub.

Nərdivançı
Nərdivançı
Nərdivançı
Nərdivançı

 

 

Polis maşını
Yollarda vəziyyət

DYP avtomobili xəndəyə düşüb

Lənkəranda polis avtomobili xəndəyə düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində sosial şəbəkələrə istinadən verir. Hadisə Zərifə