SON XƏBƏRLƏR

Astara şəhər M.Ə.Sabir adına 1 saylı məktəbin təhsil işçiləri mükafatlandırılıblar. Bu haqda məlumat bu gün, 2 dekabr tarixində məktəbin rəsmi Facebook səhifəsində paylaşılıb.

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə məktəb direktoru Xədicə Əliyeva “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və tarix müəllimi Gülnar Məlikzadə fəxri fərman ilə mükafatlandırılıblar.

Təhsil Nazirliyinin təltiflərini müəllimlərə Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov təqdim edib.