SON XƏBƏRLƏR

Astaranın Sım kəndində təhsil alacaq ibtidai sinif şagirlər üçün “Məktəbli payı” layihəsi keçirilib. Layihə MSDIS Holding və “Kampinist.az” şirkətlərinin təşkilatçılığı ilə baş tutub.

35 nəfər ibtidai sinif şagirdinə çanta və 15 adda dərs ləvazimatı hədiyyə olunub, həmçinin onları əyləndirmək üçün klounlar gəlib, onlarla birlikdə rəqs edib və müxtəlif oyunlar oynayıb.

Qeyd edək ki, tədbirdə Pəlikəş inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xaqani Xalıqov, Sım kənd bələdiyyə sədri Nicat Qafarov, məktəbin direktoru Nəbi Xalıqov və şagirdlərin valideynləri iştirak edib.