SON XƏBƏRLƏR

31 avqust Astara rayonunun Maşxan kənd sakini, Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Cahangirov Rauf Xəyyam oğlunun doğum günüdür. Bununla əlaqədar şəhidin ailəsi ilə görüş keçirilib. Bu haqda məlumatı Azərtac verib.

Görüşdə şəhid Rauf Cahangirovun ailəsinin problemləri ilə maraqlanılıb, igid döyüşçünün kənddəki məzarı önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib.

Qeyd edək ki, Rauf Cahangirov Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Zəngilan və Şuşa uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. Cəsur döyüşçü noyabrın 2-də Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.

Cahangirov Rauf Xəyyam oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.