SON XƏBƏRLƏR

Astara rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin seminar müşavirəsi keçirilib. Bu haqda məlumatı Astara rayon Kakalos kənd Folklor evinin rəsmi Facebook səhifəsi verib.

Seminarda bir çox müəssisə və mədəniyyət işçilərinə Rusiya Federasiyasının Buryatiya Respublikasının Selenqa şəhərindəki Azərbaycan diasporasının sədri Cəmil Hüseynovun təşəbbüsü ilə “Təşəkkürnamə” təqdim olunub.

Seminarın sonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr  olunmuş sənədli film nümayiş olunub.